ABŞ Müdafiə Nazirliyi Şimali Koreya hərbçilərinin Rusiyanın Kursk vilayətində ilk dəfə döyüş əməliyyatlarında iştirak etməsi və itkilər verməsi barədə məlumatlara malikdir.
Azpost.info bildirir ki, bu barədə Pentaqonun sözçüsü general-mayor Pat Rayder mətbuat konfransında bildirib.
Reuters agentliyinin məlumatına görə, Rayder deyib: “Şimali koreyalılar arasında ölən və yaralananlar barədə məlumatımız var”. O, dəqiqləşdirib ki, itkilərin sayı barədə hələlik dəqiq məlumat yoxdur. KXDR hərbçilərinin iştirakı ilə döyüşlər ötən həftə, dekabrın 9-dan 15-dək baş verib.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) Şimali Koreya qoşunlarının döyüşlərdə iştirakını təsdiqləyib və Şimali Koreya əsgərləri arasında “əhəmiyyətli itkilər” olduğunu bildirib. Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, təkcə dekabrın 14 və 15-də Şimali Koreya bölmələri Kursk vilayətinin Sudjanski rayonunun Plexovo, Vorojba və Martınovka kəndləri ərazisində Ukrayna mövqelərinə hücum zamanı azı 30 nəfəri itirib və yaralanıb.
KXDR hərbçilərinin iştirakı ilə ilk hərbi toqquşmalar barədə xəbərlər bir gün əvvəl Rusiyanın müharibə tərəfdarı olan teleqram kanallarında yayılıb. Şimali Koreya bölmələrinin Plexovo kəndini Ukrayna hərbçilərindən uğurla geri aldıqları iddia edilirdi.