AZ

ABŞ-ni Ukrayna üçün “döyüş ağcaqanadları” yaratmaqda ittiham edən general Moskvada PARTLADILDI

Dekabrın 17-də səhər saatlarında Moskvada, Ryazan prospektində Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov partlayış nəticəsində həlak olub.

Viral.az xəbər verir ki, bu barədə Rusiya “Telegram” kanalları məlumat yayıb. 

Onunla birlikdə sürücüsü də dünyasını dəyişib. Ölənlərin şəxsiyyəti rəsmən təsdiqlənməyib.

Son Yazılar:

Rusiya Fövqəladə Hallar Nazirliyinin TASS-a verdiyi məlumata görə, partlayış Ryazan prospekti, 2/1 ünvanında baş verib. “Baza”nın məlumatına görə, əldəqayırma partlayıcı qurğu yaşayış binasının girişində dayanmış skuterin sükanına bərkidilə bilərdi. Partlayış dalğası binanın birinci mərtəbəsindən dördüncü mərtəbəsinə qədər pəncərələri qırıb, giriş qapısını qoparıb. Yaxınlıqdakı 3 avtomobilə də ziyan dəyib.

Rusiya İstintaq Komitəsi cinayət işi açıb və tibbi və partlayıcı ekspertiza təyin edib. “Bu faktla bağlı başlanmış cinayət işinin istintaqının gedişi və nəticələri nəzarət altındadır”, deyə Moskva prokurorluğundan bildirilib.

Qeyd edək ki, 54 yaşlı Kirillov 2017-ci ildən Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi vəzifəsini tutub. General Ukraynaya qarşı müharibədə iştirak etdiyinə görə sanksiyalara məruz qalıb.

Hərbi münaqişə zamanı o, dəfələrlə Ukrayna Silahlı Qüvvələrini kimyəvi silahdan istifadə etməkdə ittiham edib. Oktyabrda Kirillov bildirib ki, Ukrayna ordusu Kursk vilayətinin Sudja şəhərində Qərbdə istehsal olunan kimyəvi silahdan istifadə edib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri tərkibində xlor, eləcə də boğucu təsirə malik zəhərli maddələr olan 155 mm çaplı DM-105 kasetli sursatlardan istifadə edib.

2022-ci ildə Kirillov Ukraynadakı “ABŞ-ın nəzarət etdiyi” biolaboratoriyalar haqqında məlumat verib, burada güya “Amerika sifarişçiləri” ağcaqanadları müxtəlif xəstəliklərin daşıyıcısı etmək niyyətində idilər. Daha sonra Kirillov xəbərdarlıq edib ki, virus daşıyan ağcaqanadlar Rusiya ordusuna qarşı istifadə üçün “yüksək texniki hazırlıq səviyyəsindədir”. 

Bununla bağlı Rusiya ABŞ-ı pisləyən qətnamə hazırlayıb və BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarıb. Bununla belə, Amerika biolaboratoriyaları və “döyüş ağcaqanadları” olan pilotsuz uçuş aparatlarından bəhs edən sənəd uğursuza düçar olub – yalnız Rusiya və Çin sənədin lehinə səs verib, ABŞ, Böyük Britaniya və Fransa əleyhinə səs verib, Şuranın qalan 10 üzvü bitərəf qalıb.

phrase_var_article.chosen
19
4
viral.az

3phrase_var_article.sources