AZ

ABŞ güclü zəlzələ səbəbindən Vanuatudakı səfirliyini bağlayır


Vanuatuda baş verən güclü zəlzələnin ABŞ səfirliyinə əhəmiyyətli ziyan vurmasından sonra Birləşmiş Ştatlar səfirliyini bağlamaq qərarına gəlib.

APA xəbər verir ki, bu barədə Səfirlik məlumat yayıb.


“ABŞ-ın Port Viladakı səfirliyi ciddi ziyan görüb və növbəti xəbərdarlığa qədər bağlanıb”, - deyə Səfirliyin məlumatında qeyd edilib.

Bundan əlavə, Yeni Zelandiyanın səfirliyinin binası da zəlzələ nəticəsində zərər görüb.

Xarici işlər naziri Uinston Petersin ofisindən verilən açıqlamada bildirilib ki, səfirliyin binasına xeyli ziyan dəyib: "ABŞ, Fransa və Böyük Britaniya ilə birgə yerləşən Ali Komissiya binamız ciddi ziyan görüb .Yeni Zelandiya Vanuatuda baş verən güclü zəlzələdən və onun vurduğu ziyandan dərin narahatdır".

Qeyd edək ki, Vanuatunun paytaxtı Port Vila yaxınlığında 7,3 bal gücündə güclü zəlzələ baş verib. Zəlzələ nəticəsində binalara və digər infrastrukturlara ciddi ziyan dəyib.

Seçilən
2
3
apa.az

4Mənbələr