AZ

Naxçıvanda orta aylıq əməkhaqqı artıb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 771,1 manat olub.

Bu barədə Fins.az Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14,3% çoxdur.

Eyni zamanda bu ilin noyabrın 1-nə Naxçıvanda kredit qoyuluşu 331 milyon 65,1 min manat təşkil edib ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% çoxdur.

Fuad Mədətov
Fins.az

Seçilən
21
2
fins.az

3Mənbələr