Gürcüstan mediası Avropa İttifaqı, Estoniya, Litva və prezidentSalome Zurabişvilinin bəyanatlarına qarşı sərt tənqid tufanınameydan olarkən Tbilisiyə qarşı pressinq güclənir.
Sanksiyalar, təzyiqlər, ittihamlar…
Bunlar sadəcə sözlər deyil – bunlar suverenliyə, xalqınləyaqətinə və xarici dirijorların hay-küyünə baxmayaraq, öz yolunuseçənlərə endirilən zərbələrdir.
Azadlıq ağacına saplanan baltalar kimi, yeni sanksiyalarGürcüstanın siyasi birliyini sarsıtmağa, nifaq və şübhə toxumusəpməyə hesablanıb. Belə məqamda laqeydlik, müşahidəçi mövqeyi,sükut əsrlərlə müharibələrdə və müstəqillik arzularında bərkiyəniradə üçün cavab deyil. Parlamentin spikeri Şalva Papuaşvili ucasəslə soruşur: "Burada kim söz sahibidir? Xalq, yoxsa xariciqüvvələr?"
Ritorik sual deyil, Gürcüstanın taleyinin Brüsselin və Tallininkabinetlərində həll olunduğunu düşünənlərin üzünə çırpılanhəqiqətdir.
Tbilisinin meri Kaxa Kaladze daha irəli gedir – onun sözləriağrı və qəzəblə yoğrulub. “Qaranlıq qüvvələr Gürcüstana qarşımübarizə aparır" deyir o. Bu sözlər səbəbsiz deyil – onlar saxta"səmimiyyət" pərdəsini dəlir, sanksiyaların dəyərlər adı altındagizlənən ikiüzlülüyünü və marionetlərin qəhrəman kimi təqdimolunmasını aşkarlayır.
Amma daxili cəbhədə də qarşıdurma qızışır. Prezident SalomeZurabişvili itaətsizliyi və Qərbyönlü ritorikası ilə parçalanmanınsimvoluna çevrilir. O, müstəqillik arzularında Gürcüstanı görənlərüçün yad bir sima, xalq və dövlət arasında uçurum yaratmaq istəyənbir fiqurdur.
Mübarizə nə insanlar, nə də partiyalar arasındadır. Bu, iki taleistiqaməti arasında baş verir: biri Gürcüstanın suverenliyiniqorumağa çalışır, digəri isə ölkəni yad maraqlara tabe edir.Estoniya və Litvanın sanksiyaları - diplomatiya deyil, bu kobud vənümayişkaranə müdaxilədir. Onların məqsədi ədalət deyil - məramxaosdur.
Qərar anı gəlib çatıb. Gürcüstana kim rəhbərlik edəcək? Xalq,yoxsa ölkəni sadəcə öz siyasi oyunları üçün şahmat taxtası kimigörən xaricdəki qüvvələr? Tarix zəifliyi bağışlamır, amma həmişəsusmamağı bacaranları mükafatlandırır:
“Bu torpaq bizimdir. Bu iradə bizimdir. Onu saxta dəyərlərə vəsırınmış şərtlərə satmayacağıq”, - deyir rəsmi Tbilisi.
“Avropa İttifaqı gürcü xalqının iradəsinə hücumedir”
“Avropa İttifaqının post-sovet hökumətlərinə və gürcü xalqınaqarşı hücumları fonunda seçicilərin 54%-nin dəstəyi iləsəsləndirilən sual indi bütün vətəndaşlar tərəfindən aydın şəkildəeşidilir”. Bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilibildirib.
O qeyd edib ki, bütün gürcü vətəndaşları özlərindənsoruşmalıdır: “Öz ölkəmizi idarə etmək istəyirik, yoxsabaşqalarının bizi idarə etməsinə icazə verəcəyik?”
Qeyd edək ki, Litva daha 17, Estoniya isə 14 gürcü rəsmisinəqarşı sanksiya tətbiq etdiyini açıqlayıb.
“Gürcüstana qarşı hansı qaranlıq qüvvələrin mübarizəapardığını açıq görürük”
“Bu, son aylarda, son illərdə və son günlərdə gördüyümüzsiyasətin davamıdır”. Bu fikirləri Tbilisi meri Kaxa KaladzeEstoniyanın 14 gürcü məmura sanksiya tətbiq etməsi ilə bağlıaçıqlamasında səsləndirib.
“Biz açıq şəkildə görürük ki, hansı qaranlıq və çirkin qüvvələrGürcüstana qarşı mübarizə aparır. Amma hər şey yanvarın 20-dənsonra dəyişəcək. ABŞ-də yeni administrasiya işə başlayanda dünyada,Avropada və təbii ki, Gürcüstana münasibətdə vəziyyət kökündənfərqli olacaq”, – deyə K.Kaladze vurğulayıb.
“Bugünkü hadisələrin Avropa dəyərləri ilə heç bir əlaqəsiyoxdur. Bu, haqsızlığın və ədalətsizliyin zirvəsidir. Ağ olanı qarakimi təqdim edib, gözümüzə kül üfürməyə çalışırlar. Amma buvəziyyət tezliklə sona çatacaq və Gürcüstanın arzuladığı ədalətliAvropa geri qayıdacaq”, - o əlavə edib.
“Zurabişvili xarici qüvvələrin tapşırıqlarını yerinəyetirir”
Parlamentin vitse-spikeri Sozar Subari Salome Zurabişvilininprezident sarayını tərk etməkdən imtina etməsini “gülünc vəbiabırçı” adlandırıb. O, bu davranışın Gürcüstanın beynəlxalqimicinə ciddi zərbə vurduğunu bildirib.
“Zurabişvili xarici qüvvələrin tapşırıqlarını yerinə yetirir vəgürcü xalqının taleyini tamamilə görməzdən gəlir. Onu əvəz edəcəkvə bu vəzifəni konstitusiya çərçivəsinə qaytaracaq şəxs MixailKavelaşvili olacaq”, - deyə Subari vurğulayıb.
“Zurabişvili Gürcüstan dövlətçiliyinin düşməni və xariciqüvvələrin marionetkasıdır”
"Düşünməyin ki, Zurabişvilinin bəyanatları onun özdüşüncələrinin məhsuludur. Ona kənardan tapşırıqlar verilir - nədemək və necə davranmaq lazım olduğunu deyirlər, - Tbilisi meribildirib. - Onun bəyanat və hərəkətləri Gürcüstanın maraqlarınatamamilə ziddir. Açıq şəkildə görünür ki, o, nə gürcü xalqına, nədə bizim vətənimizə aiddir. Zurabişvili xarici qüvvələrinnəzarətindədir və Gürcüstan dövlətçiliyinin düşmənidir”.
“Estoniyanın sanksiyaları Gürcüstanın daxili işlərinəkobud müdaxilədir”
Parlamentin Təhsil, Elm və Gənclərlə İş Komitəsinin sədri,“Gürcü Arzusu”nun deputatı Givi Mikanadze Estoniyanın 14 gürcürəsmisinə qarşı sanksiyalarını tənqid edib.
“Bu, həm biabırçı qərar, həm də ölkəmizin daxili işlərinə kobudmüdaxilədir. Bu addım xalqımızın iradəsinə və 1 milyon 120 minseçicinin dəstəyinə açıq hörmətsizlikdir.
Estoniyanın bu addımı onların dostluğunun yalnız söz üzərindəolduğunu göstərir. Əsl niyyətləri ölkədə daxili qarşıdurma yaratmaqvə vəziyyəti radikallaşdırmaqdır”, - deyə Mikanadze bildirib.
“Zurabişvilinin məqsədi Qərb dəyərlərinin simvolu kimitarixə düşməkdir”
“Salome Zurabişvilinin motivasiyasını anlamaq çətindir. Birmüddət Tbilisi küçələrində emosiyaları alovlandıra bildi, amma onungücü və nüfuzu hər keçən dəqiqə azalır”. Bu sözləri RusiyaFederasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri QriqoriKarasin bildirib.
“Gürcüstanda Zurabişvili fenomeni getdikcə böyüyür. Bu keçmişcazibədar qadın hətta seçkilərdə məğlub olsa belə, vəzifəsini tərketməkdən imtina edir. Onun məqsədi barışmaz bir obraz yaradaraqQərb dəyərlərinə olan bağlılığın simvolu kimi tarixə düşməkdir”, -deyə Karasin Telegram hesabında qeyd edib.
“Mixail Kavelaşvili əsl vətənpərvərsiyasətçidir”
“Ölkəmizdə artıq əsl vətənpərvər, həyatını Gürcüstana həsr etmişvətənpərvər siyasətçi var. O, təcrübəli, bir neçə çağırışparlamentin üzvü olmuş və mübariz ruhlu bir insandır”. BunuParlamentin Prosessual Məsələlər və Qaydalar Komitəsinin sədriDavit Matikaşvili deyib.
“Əminəm ki, Mixail Kavelaşvili Salome Zurabişvilininanti-konstitusiya və anti-gürcü davranışı ilə ölkəni saldığıvəziyyəti konstitusiya çərçivəsinə qaytaracaq. Artıq Zurabişvilininyeni iş axtarma vaxtı çatıb”, – D.Matikaşvili vurğulayıb.