AZ

Ermənistan Maskın peykindən Azərbaycana hücum zamanı istifadə edəcək

Ermənistan Azərbaycanla hərbi qarşıdurmalarda İlon Maskın “Starlink” peyk şirkətindən istifadə etməyi planlaşdırır.

Publika.az
xəbər verir ki, “Forbes” nəşrinin yayımladığı məqalədə bundan bəhs olunur.

Nəşr yazır ki, oktyabr ayında Ermənistanda keçirilən Ümumdünya İnnovasiya və Texnologiya Konqresinin (WCIT) bağlanış mərasimində İlon Maskın çıxışı gözlənilsə də, onun əvəzinə amerikalı erməni biznesmen Razmik Hovaqimyan çıxış etdi və Maskın müraciətini oxudu.

Maks müraciətində bildirib ki, növbəti dəfə Ermənistana gəlməyə çalışacaq. O, “Starlink”i Ermənistana gətirməkdən məmnun olduğunu deyib.

Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziri Mxitar Ayrapetyan “Starlink”in hazırda sınaq mərhələsində olduğunu deyib. Qeyd edib ki, “Starlink”in sürətləndirilmiş qrafikinin işə salınması 2025-ci ildə planlaşdırılsa da, bundan daha tez istifadəyə verməyə çalışacaqlar.

Ermənistan ümid edir ki, “Starlink” peykinin istifadəsindən sonra kənd yerlərində və ucqar ərazilərdə internetin keyfiyyəti yaxşılaşacaq.

Nəşr “Starlink”in istifadəsinin Ermənistana Azərbaycandan asılı vəziyyətə düşən internet təhlükəsizliyini təmin etmək imkanı yaratdığını da qeyd edib: “Beş il əvvəl azərbaycanlı iş adamı Nəsib Həsənovun NEQSOL holdinqi “Caucasus Online” şirkətini aldı. Bu şirkət Qara dənizin dibindən keçən və regionu Avropa ilə birləşdirən 1200 kilometr uzunduğundakı Qafqaz kabel sisteminə sahibdir. Bu, Azərbayanın Ermənistanın rəqəmsal infrastrukturuna təsiri ilə bağlı narahatlığı artırıb, lakin “Starlink” bu dinamikanı poza bilər”.

Erməni analitik Erik Hakobyan da iddia edir ki, Azərbaycanın Ermənistanda internati söndürmək və ya zəiflətmək imkanı vardı, “Starlink” bu problemi aradan qaldıracaq.

Nəşr qeyd edir ki, “Starlink”in istifadəsindən sonra ucqar Sünik (Zəngəzur) bölgəsindəki kənd sakini kənd təsərrüfatı innovasiyalarını onlayn öyrənə bilər.

“Starlink” Ermənistana Azərbaycanla davam edən ərazi mübahisələri və vaxtarışı hərbi gərginlik zamanı da üstünlük qazandıra bilər”, - nəşr yazır.

Bu məqalədən və irəli sürülən fikirlərdən aydın olur ki, Ermənistan Maskın “Starlink” şirkətindən ölkədə internet keyfiyyətini yaxşılaşdırmaqdan daha çox, Azərbaycana qarşı istifadə etmək niyyətindəndir. Bir məqsəd internet asılılığını aradan qaldırmaqdırsa, digər məqsəd sərəhəddə təxribat hücumları zamanı peyk məlumatlarına çıxışın əldə edilməsidir.

Asif

phrase_var_article.chosen
40
7
publika.az

8phrase_var_article.sources