Sakit okean ada dövləti Vanuatuda 7,3 bal gücündə zəlzələ baş verib.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti Sakit Okeanın ada şəhəri Vanuatu yaxınlığında 7,3 bal gücündə zəlzələnin baş verdiyini və sunami xəbərdarlığının edildiyini bildirib.
Əhaliyə "Təhlükəsiz bölgələrə gedin" deyilib.
Digər tərəfdən, qurumlar zəlzələdən sonra çox sayda ölənlərin olduğunu və çox sayda cəsədin küçələrdən toplandığını bildirib.
Zəlzələ yerin 43 kilometr (27 mil) dərinliyində qeydə alınıb və Vanuatunun paytaxtı Port Viladan cəmi 30 kilometr (19 mil) qərbdə baş verib.
Fidan
Milli.Az