AZ

BMU əməkdaşı “IDDA Awards 2024” müsabiqəsinin qalibi olub

Bakı Mühəndislik Uiniversitetinin əməkdaşı (BMU) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin elan etdiyi “IDDA Awards 2024" müsabiqəsinin qalibi olub.

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

Bildirilib ki, Azərbaycan innovasiya ekosistemi təmsilçilərinin öz layihələri ilə qatıldığı müsabiqədə ölkəmizin innovasiya ekosisteminin formalaşmasında xüsusi çəkiyə malik BMU uğurla iştirak edib və universitet Texnoparkının direktoru dosent İsa Qasımov “Ekosistemin Lokomotivi” nominasiyası üzrə 1-ci yeri qazanıb. Müsabiqə, ümumilikdə 11 nominasiya üzrə təşkil olunub.

“IDDA Awards” İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən 2022-ci ildən etibarən keçirilir. Müsabiqənin təşkilində əsas məqsəd ekosistemin ən perspektivli innovatorlarını tanıtmaq, onların fəaliyyətini dəstəkləmək, ölkə innovasiyasının inkişafında aktiv iştirak edən oyunçular arasında rəqabət mühiti yaratmaqdır. 

Seçilən
21
1
azedu.az

2Mənbələr