AZ

“Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” adlı beynəlxalq konfrans keçirilir

Bakıda Türk Ədliyyə Şəbəkəsinin fəaliyyəti çərçivəsində “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda beynəlxalq konfrans keçirilir. SİA xəbər verir ki, Baş Prokurorluq və Ədliyyə Nazirliyinin həmsədrliyi ilə keçirilən konfransda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kipr Türk Respublikalarından 90-a yaxın nümayəndə iştirak edir.

2 gün davam edəcək konfransda aktivlərin bərpası transmilli cinayətkarlığa qarşı mübarizənin effektivliyi, ekoloji hüquqpozmalara qarşı mübarizədə ölkədaxili və beynəlxalq mexanizmlər, türk ölkələrin komersiya hüququ sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və digər mövzularda panel sessiyalar və müzakirələr keçiriləcək.

Seçilən
39
4
sia.az

5Mənbələr