AZ

Real Madrid”in təyyarəsində nasazlıq aşkarlanıb, uçuş 3 saat gecikib

Bakı, 17 dekabr, AZƏRTAC

İspaniyanın “Real Madrid” komandasını qitələrarası kubokun final oyunu üçün Qətərin paytaxtı Doha şəhərinə aparmalı olan təyyarədə problem aşkarlanıb.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisi hava gəmisinin və səfərin vaxtının dəyişdirilməsini qərara alıb. “Kral klubu” üçün yeni təyyarə ayrılıb. Texniki nasazlıq səbəbindən komandanın uçuşu 3 saat gecikib.

Qeyd edək ki, “Real Madrid” finalda Meksikanın “Paçuka” komandası ilə qarşılaşacaq. Dekabrın 18-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 

phrase_var_article.chosen
25
1
azertag.az

10phrase_var_article.sources