AZ

“Azərsu” ötən ili 226 milyon manat - ZƏRƏRLƏ BAŞA VURUB - HESABAT

 “Azərsu” ASC 2023-cü ili də zərərlə tamamlayıb.

Azərbaycanın məşhur sement istehsalçısı - SÜRƏTLƏ BÖYÜYÜR, MƏNFƏƏTİ KƏSKİN ARTDI

FED.az bunu dövlət şirkətinin konsolidə edilmiş  illik audit hesabatına istinadən xəbər verir.

Belə ki, şirkət 2023-cü ildə 226 milyon 293 min manat zərər edib.

“Azərsu” ASC 2023-cü ildəki əməliyyat gəlirləri 304 milyon 41 min manata bərabər olub. Bu illik müqayisədə 21 milyon 612 min manat, başqa sözlə 7,6% çoxdur.

Satışın maya dəyəri üzrə xərcləri də 13 milyon 263 min manat və ya 8,9% artaraq 161 milyon 123 min manata çatıb.

Beləliklə “Azərsu” ASC-nin ümumi mənfəəti 142 milyon 918 min manata bərabər olub.

“Azərsu” ASC-nin bu dövrdə inzibati xərcləri 35 milyon 84 min manat, satış və paylama xərcləri 162 milyon 4 min manat, digər əməliyyat xərcləri isə 172 milyon 918 manat təşkil edib. Əməliyyat zərəri isə 227 milyon 88 min manata bərabər olub.  

Hesabat dövründə ASC-nin maliyyə xərcləri 472 min manat artaraq 5 milyon 871 min manata, digər gəlirləri isə 5 milyon 462 min manat artaraq 7 milyon 856 min manata yüksəlib.

115 min manat mənfəət vergisi ödənişindən sonra “Azərsu” ASC 2023-cü ili 226 milyon 293 min manat zərərlə başa vurub.

Ötən ilin sonuna  “Azərsu” ASC 1 milyard 166 milyon 847 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 124 milyon 771 min manat və ya 9,6% azalıb.

Öhdəliklər son bir il ərzində 159 milyon 929 min manat və ya 24,8% azalaraq 484 milyon 599 min manata çatıb.

Kapitalın həcmində isə artım qeydə alınıb, kapital göstəricisi 35 milyon 158 min manat və ya 5,4% artaraq cəmi 682 milyon 248 min manata yüksəklib.

Seçilən
35
fed.az

1Mənbələr