AZ

ABŞ-də məktəbdə atışma: müəllim və yeniyetmə öldürülüb

ABŞ-nin Viskonsin ştatındakı məktəbdə atəş açaraq iki nəfərin ölümünə səbəb olan şəxsin kimliyi polis tərəfindən müəyyən edilib. O, məktəbin 15 yaşlı şagirdi Natali Rapnou olub.

AzEdu.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Medison şəhərinin polis rəisi Şon F.Barns jurnalistlərə açıqlamasında deyib.

"İnsident zamanı bir müəllim və bir yeniyetmə həlak olub. Natali Rapnounun özü də güllə yarası alıb və xəstəxanaya aparılarkən yolda ölüb", - polis rəisi bildirib.

Bundan əlavə, məktəbin altı şagirdi və bir müəllimi xəsarət alıb.

"Biz hələ də hadisənin səbəblərinin müəyyən edilməsi üzərində işləyirik. Detektivlər onun ailə üzvləri ilə danışıb və Medisondakı evində axtarış aparıblar", - Ş.Barns qeyd edib.

phrase_var_article.chosen
37
2
azedu.az

3phrase_var_article.sources