Vanuatunun paytaxtı Port Viladakı ABŞ səfirliyi zəlzələdən ciddi ziyan görüb və bağlanacaq.
Editor.az xəbər verir ki, bu barədə ABŞ-ın Papua-Yeni Qvineyanın paytaxtı Port Moresbidəki missiyası X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“ABŞ-ın Port Viladakı səfirliyi ciddi ziyan görüb və növbəti xəbərdarlığa qədər bağlıdır”, – məlumatda deyilir.
REN TV-nin AFP-yə istinadən verdiyi xəbərə görə, Vanuatu sahillərində 7,4 bal gücündə zəlzələ baş verib. Hadisə şahidləri sosial şəbəkələrdə binaların divarlarında çatların və dağıntılar altında qalan avtomobillərin əks olunduğu görüntülər yayıblar.
//Gülnarə Abasova, Editor.az