Sakit okeanda 7,3 maqnitudalı zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat verib.
Qeyd olunub ki, təbiət hadisəsi Port-Vila (Vanuatu) şəhərindən 30 km uzaqlıqda qeydə alınıb.
"Reuters"in məlumatına görə, zəlzələ Port-Vila şəhərində ciddi dağıntılara səbəb olub, ən azı bir nəfər həlak olub.
Şəhərdə binalar, xüsusən ABŞ, Böyük Britaniya, Fransa və Yeni Zelandiyanın səfirlikləri zədələnib.
Musavat.com