AZ

Azərbaycan onun informasiya mühitini çirkləndirmək istəyən müxtəlif dairələrin daim hədəfindədir - Əhməd İsmayılov

Bakı. Trend:

Azərbaycan onun informasiya mühitini çirkləndirmək istəyənmüxtəlif dairələrin daim hədəfindədir.

Trend xəbərverir ki, bu barədə bu gün Medianın İnkişafı Agentliyinin (MEDİA)İcraçı direktoru Əhməd İsmayılov “Media Savadlılığı” konfransındaçıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanın media ekosisteminə təsir göstərənbu kimi təhdid meyilləri öz növbəsində həm mediamızınraqabətədavamlı xəbər istehsalını artırmasını, həm də ictimaiyyətinyalan məlumatların təsirinə düşməsinin qarşısınınalınmasıbaxımından media savadlılıq səviyyəsinin yüksəldilməsinişərtləndirir.

“Yeri gəlmişkən vurğulamaq lazımdır ki, 2022-ci ildə qüvvəyəminmiş “Media haqqında” Azərbaycan Respublikası Qanununda ilk dəfəmedia savadlılığına anlayış verilmiş, media savadlılığınınartırılması məqsədilə dövlət tədbirlərinin keçirilməsi AzərbaycanRespublikasının Medianın İnkişafı Agentliyinə həvaləedilmişdir.

Agentlik tərəfindən cəmiyyətdə media savadlılığı bacarıqlarınınartırılması üçün beynəlxalq təcrübə araşdırılaraq hədəf qruplaraistiqamətlənmiş vahid daxili strategiya hazırlanıb”

Ə.İsmayılov bildirib ki, media və təhsil nümayəndələri, həmçininyeniyetmə və gənclər media savadlılığı üzrə ixtisaslaşmışekspertlər və dövlət rəsmiləri tərəfindən mütəmadiəsasdaseminarlara cəlb olunmaqdadır.

“Ümumiyyətlə, son illərdə media və kommunikasiya fəaliyyətininmüasir formada təşkili nəticəsində COP29 ərəfəsində və dövründəölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqiniyyətləri yerli mediada operativ formada ifşa olunmuşdur.İctimaiyyətdə daxili və xarici neqativ informasiya axınına qarşıdayanıqlı təbii müqavimətin yaradılması, dezinformasiyatəhdidlərinin neytrallaşdırılması təmin edilib”

Seçilən
11
17
az.trend.az

10Mənbələr