Yelo Bank əməkdaşlarının asudə vaxtlarını maraqlı və faydalı dəyərləndirmələrini təmin
etmək məqsədilə müxtəlif layihələr həyata keçirir. Onlardan biri də əməkdaşlar arasında
təşkil olunan YeLogika Pro intellektual yarışıdır. Ötən həftə bu maraqlı yarışın 2024-cü il
üzrə yekun oyunu keçirilib. Yarışda 25 komanda olmaqla 150-yə yaxın əməkdaş iştirak
edib.150-ə yaxın əməkdaşın 27 komanda ilə yarışdığı oyun “quiz” formatında keçirilib.
“Quiz” formatında keçirilən final oyunu böyük həyəcanla yadda qalıb. Çətin suallar,
komanda işi və rəqabət ruhunun üstünlük təşkil etdiyi yarışda nəticələr belə olub:
1-ci yer: “Zümmerat Dağları” komandası (Mikro və KOB müştəriləri departamenti);
2-ci yer: “Mozaika” komandası (Maliyyə departamenti);
3-cü yer: “İTburnu” komandası (İKT əməliyyatları departamenti).
Yelo Bank əməkdaşlarının yalnız peşəkar inkişafına deyil, həm də sosial rifahına da
xüsusi diqqət yetirir. Bu məqsədələ həm baş ofis, həm də filial əməkdaşları üçün
mütəmadi olaraq müxtəlif layihələr təşkil olunur. Belə layihələrə intellektual oyunlar,
futbol və boulinq turnirləri, həftəlik yoqa dərsləri, master-klaslar və hətta haykinq turları
daxildir. Bundan əlavə, peşəkar həkimlər ofisə dəvət olunur, əməkdaşlara ödənişsiz
müayinə və konsultasiya xidmətləri göstərilir.
Yelo Bank-ın əsas fəlsəfəsi əməkdaşlarını öz kapitalı kimi görmək və onların rifahına
davamlı sərmayə yatırmaqdır. Əgər sən də bu pozitiv iş mühitinin bir parçası olmaq və
bankçılıq sahəsində uğurlu karyera qurmaq istəyirsənsə, Bankın aktiv vakansiyalarına
göz gəzdir: https://bit.ly/bank-vakansiya
Bank xidmətləri, o cümlədən onlayn kredit haqqında əlavə suallarınız var? O zaman 981
nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı
ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!