AZ

Nazirlik “Səba”nı məhkəməyə verdi

Toyuq əti, süd, kərə yağı, sosis və kolbasa məhsulları istehsalçısı olan “Səba” ASC məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, “Səba” ilə bağlı iddianı Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi qaldırıb. İşin mahiyyəti açıqlanmır.
Tərəflər arasında noyabr ayından davam edən məhkəmə çəkişməsində heç bir nəticə əldə edilməyib. Proses növbəti ilin 21 yanvar tarixinə təyin edilib. İşə Sumqayıt Kommersiya Məhkəməsində hakim İslam Əliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, məhkəməyə verilən “Səba” ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynovdur.

Tərəfləri dinləməyə hazırıq.

Nigar

Seçilən
27
tribunainfo.az

1Mənbələr