AZ

“Bu il əhalinin 52%-i icbari tibbi sığortadan yararlanıb”

“Bu il əhalinin 52 faizi icbari tibbi sığortadan yararlanıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev ilin yekunlarına dair keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, bu il ərzində icbari tibbi sığorta üzrə pasiyent sayı 5 milyon olub. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 300 min nəfər çoxdur. Belə ki, ötən il bu rəqəm 4,7 milyon pasiyent təşkil edib.

Z.Əliyev, həmçinin bildirib ki, ötən il 20,3 milyon müraciət sayı var idisə, bu il bu say 22,1 milyon olub.

Gülnar Əliyeva

Seçilən
40
1
qafqazinfo.az

2Mənbələr