AZ

Yeni hüquqi kitab işıq üzü görüb

Beynəlxalq hüquq üzrə ekspert Vusal Mehdiyevin “Hüquqi baxış: müqavilələr, insan hüquqları və sən” adlı kitabı işıq üzü görüb.

Kitab, geniş ictimaiyyət üçün müqavilələr və insan hüquqları sahələrində praktik hüquqi bələdçi rolunu oynayır. Kitabın məqsədi, hüquqi anlayışları sadələşdirərək, oxucuların gündəlik həyatlarında qarşılaşa biləcəkləri hüquqi məsələləri daha yaxşı başa düşməsinə və bu bilikləri praktikada tətbiq etməsinə kömək etməkdir.

Kitabın birinci hissəsi müqavilə hüququna həsr olunub.

Burada müqavilələrin nə olduğu, onların növləri, əsas elementləri və bağlanma prosesi izah edilir.

Müqavilələrin pozulması, etibarsız sayılması və bu hallarda hüquqi nəticələr ətraflı müzakirə olunur. İş müqavilələri, alqı-satqı müqavilələri və icarə müqavilələri kimi gündəlik həyatda rast gəlinən nümunələr vasitəsilə mövzu daha anlaşılan şəkildə təqdim edilir. İkinci hissə isə insan hüquqlarına diqqət yetirir.

Bu bölmədə insan hüquqlarının əsasları, Avropa İnsan Hüquqları Konvensiyasınin mühüm qərarlari izah edilir. Kitab, müqavilələrin insan hüquqları ilə əlaqəsini vurğulayır və hüquqi razılaşmaların fərdlərin hüquqlarına necə təsir göstərə biləcəyini müzakirə edir.

Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsinin bəzi məşhur işləri və onların real həyatda tətbiqi haqqında məlumat təqdim edilir. Kitab hüquq təhsili almamış, lakin hüquqi biliklərə sahib olmaq istəyən hər kəs üçün nəzərdə tutulub.

Sadə izahlar və real nümunələr vasitəsilə oxucular hüquqi biliklərini genişləndirə, hüquqlarını daha yaxşı dərk edə və həyatlarında tətbiq edə bilərlər.

Hüquq dünyasını daha dərindən anlamaq və hüquqi məsələlərə inamla yanaşmaq istəyənlər üçün bu kitab əvəzsiz bir mənbədir.

Seçilən
2
1
modern.az

2Mənbələr