AZ

Çin Kommunist Partiyasının sabiq katibi korrupsiya cinayətlərinə görə edam edilib – ÖZƏL

Çin Xalq Respublikasının Hüh-Hoto şəhərinin iqtisadi və texnoloji inkişaf zonasında Kommunist Partiyasının sabiq işçi komitəsinin katibi Li Jianping korrupsiya cinayətlərinə görə edam edilib. 

Olaylar.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Xəbərə görə, 2024-cü il dekabrın 17-də Çin Xalq Respublikasının Yüksək Xalq Məhkəməsinin qərarına əsasən, Li Jianpingin edamı Hınqan özünüidarə edən bölgəsinin orta səviyyəli məhkəməsi tərəfindən qanuna uyğun olaraq icra edilib.

Təhqiqat məlumatlarına görə, Li Jianping dövlət vəsaitlərindən 199 milyon dollardan çoxunu qanunsuz olaraq mənimsəyib. Bundan əlavə, o, başqa şəxslərdən 80 milyon dollardan çox maliyyə və maddi dəyərlər alıb və 146 milyon dollardan çox vəsaiti qeyri-qanuni istifadə edib.

Çin məhkəməsi 2022-ci ildə Li Jianpingi ölüm cəzasına məhkum edib, lakin o, şikayət verib. 2024-cü ilin avqust ayında ikinci instansiya qərarı yekunlaşdırıb.

Bu ilin noyabr ayında isə Bank of China-nın sabiq rəhbəri Liu Liange rüşvət almaqda günahkar bilinərək ölüm cəzasına məhkum edilib. O, ölkənin ən böyük banklarından birində geniş miqyaslı rüşvət fəaliyyəti ilə məşğul olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
30
olaylar.az

1Mənbələr