Bakı, 17 dekabr, AZƏRTAC
Şri-Lanka parlamenti yekdilliklə hakim Milli Xalq Hakimiyyətinin (NPP) üzvü Caqat Vikramaratneni yeni spiker seçib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Vikramaratnenin namizədliyi ölkənin Baş naziri Harini Amarasuriya tərəfindən irəli sürülüb və Nümayəndələr Palatasının lideri Bimal Ratnayake onun təklifini dəstəkləyib.
Qeyd edək ki, noyabrın 13-də keçmiş spiker Asoka Sapumal Ranvala təhsili ilə bağlı mübahisələrdən sonra istefa verib.