AZ

Putinə AĞIR ZƏRBƏ: yüz faizlik İTKİ, Rusiya Suriyadan S-400-ləri ÇIXARDI – ŞOK GÖRÜNTÜLƏR

Rusiya Suriyadan hərbi texnikalarını çıxartmağa davam edir. Rusiya bu dəfə Lazkiyə şəhərindən qüvvələrini çıxarmağa başlayıb. Daşınan silahlar arasında zirehli texnikalarla yanaşı xeyli sayda S-400 batareyaları da olub. Qeyd edək ki, Rusiya qoşunlarını daha əvvəl paytaxt Dəməşqdən də çıxarmışdı.

Rusiya Prezidenti Vladimir Putin dünən Müdafiə Nazirliyinin yekun kollegiyasında çıxışında NATO və Ukrayna müharibəsindən tutmuş ordu üçün ipotekaya qədər mövzulara toxunsa da, Suriyadakı vəziyyətdən danışmadı.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” yazır.

ABŞ nəşri bildirir ki, Rusiya lideri hələ də suriyalı müttəfiqi Bəşər Əsədin devrilməsi ilə bağlı açıqlama verməyib:
“Susması Rusiyanın Suriyadakı hərbi bazalarının gələcəyi ilə bağlı qeyri-müəyyənliyi və Ukraynadakı müharibənin Kremlin əsas prioritetinə çevrildiyini göstərir”.

Rusiyalı hərbi analitik Anton Mardasov hesab edir ki, Əsəd rejiminin devrilməsi Moskva üçün həssas mövzudur. Onun sözlərinə görə, Suriya diktatorunun devrilməsi Putinin Rusiyanı supergücə çevirmək səyləri üçün böyük uğursuzluqdur.
Ekspertin fikrincə, Rusiya üçün ən yaxşı ssenari Aralıq dənizindəki Xmeymim hava və Tartus hərbi dəniz bazalarında mövcudluğun azaldılması ola bilər. Bu, Moskvaya Suriya və Afrikada məhdud hərbi fəaliyyətləri üçün yanacaqdoldurma məntəqəsi və daşıma məntəqəsini saxlamağa imkan verərdi.

Mardasova görə, Suriyada qeyri-sabit vəziyyət uzun müddət qalacaq, bu da Rusiya öz bazalarını saxlamaq üçün saziş imzalasa belə, orada nüvə silahı yerləşdirə bilməyəcək. Beləliklə, NATO-nun cənub cinahı üçün təhlükə yarada biləcək forpostlar artıq 100 faiz itirilib. O deyib ki, Moskva Suriyadakı mövcudluğunu qoruyub saxlaya bilsə, bu, simvolik olacaq.

ABŞ nəşri vurğulayır ki, indi Putinin əsas prioriteti Ukraynadır.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasi ekspert Elçin Alıoğlu ilə müzakirə edəcəyik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Seçilən
13
20
musavat.com

10Mənbələr