Bakı. Trend
2024-cü ilin ilk 10 ayında sığortahaqqı ödəyənlərin sayı 2milyon 237 min nəfərə çatıb ki, bu da iqtisadi fəal əhalinin 42%-nitəşkil edir.
Trend xəbər verir ki, bunuİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev2024-cü ilin yekunları ilə bağlı mətbuat konfransı zamanıdeyib.
O bildirib ki, sığortahaqqı ödəyən şəxslərin təxminən yarısıtibbi xidmətlərdən yararlanaraq sığortanın təmin etdiyi imkanlardanistifadə edib.
"2023-cü il üzrə sığortahaqqı ödəyənlər üçün bir pasiyentə düşənödəniş 181 manat, ödəməyənlər üçün isə 172 manat olub.
Yaş qrupları üzrə xidmətlərdə ən çox xərc 65 yaşdan yuxarısığortahaqqı ödəyən əhali arasında qeydə alınıb. Sözügedənkateqoriya üzrə 1 pasiyentə düşən ödəniş 405 manat təşkil edib ki,bu da sığorta sisteminin yaşlı əhali üçün vacibliyini göstərir", -sədr qeyd edib.