AZ

Azərbaycanda orta sərhədkeçmə müddəti 58 % azalıb

Bu ilin yanvarında istifadəyə verilmiş Dövlət Gömrük Komitəsinin Avtomatlaşdırılmış Risk Analizi Sisteminin (ARAS) tətbiqindən sonra orta sərhədkeçmə müddət 58 %, fiziki yoxlamalar 20 %, rəsmiləşdirmə müddəti isə 15 % azalıb.

“İki sahil” xəbər verir ki, bunu Komitənin sədri Şahin Bağırov Bakıda keçirilən Gömrük-Biznes Forumunda bildirib.

"Ötən il təqdim edilmiş ARAS-la bir sıra alətlərin tətbiqində yeni nailiyyətlər əldə olunub. Gömrük qanunvericiliyinə əməl edən xarici ticarət iştirakçıları üçün əlverişli biznes mühiti yaratmaq məqsədilə gömrük rəsmilləşdirilməsi üçün sərf olunan müddət azalır, göndərişlər üzrə xərclərin minimalaşdırılmasına nail olunur", - deyə o vurğulayıb.

Seçilən
19
3
ikisahil.az

4Mənbələr