AZ

Sərxoş halda Gəncədən Bakıya sərnişin daşıdı - Həbs edildi - Video

Baş DYP İdarəsinin YPX Alayı sərxoş vəziyyətdə avtobus idarə edən sürücünü saxlayıb.

“Qafqazinfo” İdarəyə istinadən xəbər verir ki, qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən Gəncə şəhər sakini Mehman Məmmədovun idarə etdiyi avtobusu 9-cu tağımın əməkdaşları stasionar postda saxlayıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığında onun tibbi müayinədən keçməsi təmin edilib.

Fakt təsdiqini tapdığı üçün sərnişinlərin gedişi təmin edilməklə sürücü barəsində müvafiq protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, Mehman Məmmədov sürücülük hüququ 2 il məhdudlaşdırılmaqla, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, M.Məmmədov “Mercedes” markalı avtobusla Gəncə-Bakı və geriyə istiqamətdə fəaliyyət göstərib.

Seçilən
2
5
qafqazinfo.az

3Mənbələr