AZ

Media savadlılığının artırılması üçün strategiya hazırlanıb

Ölkəmiz onun informasiya mühitini çirkləndirmək istəyən müxtəlif dairələrin daim hədəfindədir. TƏHSİL.BİZ xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “Media savadlılığı” konfransında çıxışı zamanı deyib.O qeyd edib ki, Azərbaycanın media ekosisteminə təsir göstərən bu kimi təhdid meyilləri öz növbəsində həm mediamızın raqabətədavamlı xəbər istehsalını artırmasını, həm də ictimaiyyətin yalan məlumatların təsiri altına düşməsinin qarşısının alınması baxımından media savadlılığının səviyyəsinin yüksəldilməsini zəruri edir: “Yeri gəlmişkən, vurğulamaq lazımdır ki, 2022-ci ildə qüvvəyə minmiş “Media haqqında” qanunda ilk dəfə media savadlılığı anlayışının mahiyyəti açıqlanmış, media savadlılığının artırılması məqsədilə dövlət tədbirlərinin keçirilməsi Medianın İnkişafı Agentliyinə həvalə edilmişdi. Cəmiyyətdə media savadlılığı bacarıqlarının artırılması üçün agentlik tərəfindən beynəlxalq təcrübə əsasında, hədəf qruplara istiqamətlənmiş vahid daxili strategiya hazırlanıb”.Ə.İsmayılov bildirib ki, media və təhsil nümayəndələri, həmçinin yeniyetmə və gənclər media savadlılığı üzrə ixtisaslaşmış ekspertlər və dövlət rəsmiləri tərəfindən mütəmadi olaraq, seminarlara cəlb edilirlər: “Ümumiyyətlə, son illərdə media və kommunikasiya fəaliyyətinin müasir formada təşkili nəticəsində COP29 ərəfəsində və dövründə ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqi niyyətləri yerli mediada operativ formada ifşa olundu. İctimaiyyətdə daxili və xarici neqativ informasiya axınına qarşı dayanıqlı təbii müqavimətin yaradılması, dezinformasiya təhdidlərinin neytrallaşdırılması təmin edilib”.

Seçilən
10
2
tehsil.biz

10Mənbələr