AZ

Bu ölkələr Gürcüstana qarşı sanksiyalara qoşulmadı

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının ölkənin diplomatik və xidməti pasportlarına sahib şəxsləri üçün vizasız rejimi dayandırmaq barədə qərarını tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, Kobaxidze bu barədə brifinqdə danışıb və Aİ-nin bu addımını anti-Gürcüstan qərar adlandırıb.

O, həmçinin beş ölkənin Gürcüstana qarşı sanksiyaların tətbiq edilməsinin əleyhinə çıxış etdini qeyd edib və həmin dövlətlərə təşəkkür edib: “Bu ölkələr Macarıstan, Slovakiya, İtaliya, İspaniya və Rumıniyadır. Onlar gürcü xalqının maraqlarını qorudular”.

Xatırladaq ki, Aİ xarici işlər nazirləri Brüsseldə keçirilən iclasda gürcü diplomatlar üçün vizasız gediş-gəlişi dayandırmaq barədə razılığa gəliblər.

phrase_var_article.chosen
22
2
qafqazinfo.az

3phrase_var_article.sources