Bakı. Trend:
İcbari tibbi sığorta haqqında məlumatlılıq 100 faizə yaxındır,Xidmətlər Zərfi üzrə isə 47 faiz təşkil edir.
Trend xəbərverir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədriZaur Əliyev 2024-cü ilin yekunları ilə bağlı mətbuat konfransızamanı deyib.
Zaur Əliyev icbari tibbi sığortanın tətbiqi ilə bağlıvətəndaşların məmnunluğunun və məlumatlılığının öyrənilməsi barədəkeçirilən sosioloji sorğuların nəticələri ilə bağlı məlumatverib.
O bildirib ki, 2023-cü ildən etibarən Bakı, Sumqayıt vəAbşeronda, eləcə də digər 51 regionda sorğular təşkil olunub.Sorğularda 25 087 nəfər iştirak edib.
"Nəticələrə əsasən, ölkə əhalisinin 100 faizə yaxını icbaritibbi sığorta haqqında, 47 faizi isə Xidmətlər Zərfi barədəməlumata malikdir. Ən yüksək göstəricilər ixtisaslaşmış ambulatorvə laboratoriya xidmətləri üzrə qeydə alınıb.
Ümumilikdə, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbixidmətlərdən məmnunluq səviyyəsi 59 faizdir.
İcbari tibbi sığorta tətbiqindən sonra sağlamlıqla bağlıxərclərin ciddi şəkildə azaldığını bildirən respondentlərin payı 25faiz, cüzi azalma bildirənlərin payı isə 40 faizdir. Ümumilikdərespondentlərin 65 faizi icbari tibbi sığortanın tətbiqindən sonratibbi xərclərin azaldığını qeyd ediblər.
Respondentlərin 75 faizi özəl tibb müəssisəsinə birbaşamüraciət edərkən ödənişin 20%-ə qədərini cibdən ödəməyə razıolduqlarını bildiriblər. Bu, əhalinin müəyyən bir hissəsinin beləbir ödəniş modelini qəbul etməyə açıq olduğunu göstərir. Hazırdahissəvi ödəniş sistemi mövcud olmasa da, gələcəkdə bu mövzu iləbağlı müxtəlif mexanizmlərin tətbiqi və ya müzakirəsi mümkündür", -deyə o əlavə edib.