AZ

"Lamborghini" geri addım atdı: 2029-cu ilə təxirə salındı...

Dünyanın ən prestijli avtomobil markalarından olan "Lamborghini" sürpriz qərar verib.

Hit.az xəbər verir ki, ilk elektrikli avtomobilinin istehsalı təxirə salınıb.

Onun 2029-cu ilə təxirə salındığı açıqlanıb. Şirkətin rəhbəri Stefan Vinkelman "Lamborghini"nin ilk elektromobilinin 2028-ci ildə deyil, 2029-cu ildə istehsal olunacağını deyib. O, lüks elektromobil bazarında durğunluq olduğu üçün bu addımı atdıqlarını söyləyib. 

Sözügedən bazarın bir qədər təlabat gördükdən sonra elektrikli avtomobili təqdim etməyin daha məqsədəuyğun olacağını da əlavə edib. Vinkelmanın sözlərinə görə, hətta 2026-cı il belə "Lamborghini"nin elektrikli avtomobil istehsalı üçün çox erkən olardı. 

Qeyd edək ki, "Lamborghini"nin ilk elektrikli avtomobili 2023-cü ildə təqdim edilən "Lanzador" konsepti əsasında hazırlanacaq. 

Pərviz

Seçilən
39
hit.az

1Mənbələr