AZ

Aİ-də Gürcüstanı dəstəkləyən ölkələr məlum oldu – Baş nazir təşəkkür etdi

Gürcüstanın baş naziri İrakli Kobaxidze Macarıstan, Slovakiya, İtaliya, İspaniya və Rumıniyaya təşəkkür edib.

Teleqraf.com xəbər verir ki, o, bu ölkələrin Avropa İttifaqı şurasında gürcü xalqının maraqlarını müdafiə etdiklərini bildirib.

O deyib ki, Gürcüstana qarşı sanksiyaların əleyhinə olan ölkələrin siyahısı daha genişdir.
“Bu, bizim üçün çox vacibdir. Biz gürcü xalqını müdafiə etdən bütün ölkələrlə məsləhətləşmələri davam etdirəcəyik”, - hökumət başçısı qeyd edib.

İ.Kobaxidze Aİ-nin Gürcüstana ayıracağı vəsaitlərin təyinatının dəyişdirilicəyi barədə bəyanata da münasibət bildirib. O, bu cür açıqlamaların ilk dəfə səsləndirilmədiyini vurğulayıb.

“Konkret siyasətçilər və məmurlar belə qərar qəbul edən zaman məzmun aydın olur - gürcü xalqının əvəzinə bu vəsaitlər gürcü xalqına və onun iradəsinə qarşı çıxan qüvvələrə sərf edilməlidir. Bu düzgün addım deyil, bu, növbəti anti-Gürcüstan addımıdır. Lakin bununla heç kim ölkəmizə zərər vurmayacaq”, - baş nazir deyib.


Müəllif: Cəmilə Babayeva
Seçilən
26
teleqraf.com

1Mənbələr