AZ

Zaur Əliyev: Bu il tibbi xidmətlərlə əlaqəli özəl müəssisələrə 248.6 milyon manat ödəniş olunub

Bu il üçün tibbi xidmətlərlə əlaqəli özəl tibb müəssisələrinə 248.6 milyon manat ödəniş olunub.

“İki sahil” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu ilin 11 ayı ərzində özəl tibb müəssisələrinə 304 min 299 göndəriş verilib:

"Hesabat dövründə özəl xəstəxanalarda cərrahi xidmət sayı 167 min 359 təşkil edib. Özəl xəstəxanalarda daha çox invaziv radioloji, oftalmoloji və ürək-damar cərrahiyyəsi xidmətləri göstərilib".

Z.Əliyev vurğulayıb ki, bu günə qədər Agentlik 179 özəl tibb müəssisəsi ilə müqavilə imzalayıb.

Seçilən
32
ikisahil.az

1Mənbələr