Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/YPG terror qruplaşmasının altı üzvü öldürülüb.
“Report” xəbər verir ki, məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, Suriyanın şimalında “Barış pınarı” antiterror bölgəsində dörd, İraqın şimalında “Pençe-kilit” əməliyyatı nəticəsində iki terrorçu öldürülüb.
Nazirlik terrora qarşı mübarizənin davam edəcəyini bildirib.