AZ

Boliviyanın keçmiş prezidentinə qarşı ittiham: İnsan alveri ilə məşğul olub?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Boliviyanın Tarixa Vilayətinin Prokurorluğu insan alverində şübhəli bilinən ölkənin keçmiş prezidenti Evo Moralesə qarşı ittiham irəli sürüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "El Deber" nəşri məlumat verib.
"İnsan alveri ilə bağlı rəsmi ittiham irəli sürülüb. İki şəxs dindirilmə ilə bağlı çağırışa əməl etmədikləri üçün onların həbsinə dair orderlər var", - deyə nəşr prokuror Sandra Qutyerresdən sitat gətirib.
Onun sözlərinə görə, prokurorluq, həmçinin sərhəd orqanlarının Moralesin qaçış riski barədə məlumatlandırılmasını istəyib. Məhkəmə eks-prezidentin nəzarətə alınması ilə bağlı prokurorun vəsatətinə baxılması üçün yaxın günlərdə vaxt təyin etməlidir.
Eyni zamanda, insan alverinin qurbanı olduğu ehtimal edilən qadının anasına qarşı da ittiham irəli sürülüb. İstintaqın versiyasına görə, 15 yaşlı qızın valideynləri dövlət sektorunda karyera qurması məqsədilə onu Moraleslə tanış ediblər. Oktyabrın əvvəlində Boliviyanın ədliyyə naziri Sezar Siles bildirib ki, eks-prezidentlə əlaqə nəticəsində azyaşlı qız hamilə qalıb.
2020-ci ildə prezidentin fəaliyyətini icra edən Janin Anyesin hökuməti dövründə Ədliyyə Nazirliyi yetkinlik yaşına çatmayan qıza təcavüz şübhəsi üzrə Moralesə qarşı istintaq başladıb, lakin başa çatdırılmayıb. Eks-prezident isə özünü siyasi təqib qurbanı hesab edir.
Seçilən
8
50
oxu.az

10Mənbələr