AZ

Bu birlik fəaliyyətimizə çox müsbət təsir edib - Baş prokuror

"Türk dövlətlərinin birliyi hüquq-mühafizə orqanlarının fəaliyyətinə çox müsbət təsir edib".

Modern.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluq və Ədliyyə Nazirliyi tərəfindən Şəbəkənin fəaliyyəti çərçivəsində “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, 2009-cu ildə Naxçıvan şəhərində imzalanan müqavilə ilə Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının təsis edilməsi, daha sonra isə həmin təsisatın təkmilləşdirilərək Türk Dövlətləri Təşkilatına çevrilməsi qardaş xalqlar arasında inteqrasiya proseslərinin yeni müstəviyə qədəm qoyub:

“Müzəffər Ali Baş Komandan, dövlət başçısı İlham Əliyevin qətiyyətinin, dahi Sərkərdə qabiliyyətinin, ölkəmizdə mövcud olan birlik və vəhdətin, müzəffər Azərbaycan Ordusunun rəşadət və peşəkarlığının təzahürü ilə əldə etdiyimiz parlaq qələbəni bütün Türk Dünyası Azərbaycan xalqı ilə birlikdə xüsusi sevinclə qeyd edib”.

K.Əliyev qeyd edib ki, bu birlik hüquq-mühafizə orqanlarının fəaliyyətinə çox müsbət təsir edib, qurumlar arasında faydalı əmakdaşlıq yaranıb:

“2021-ci ildə Bakı şəhərində əsası qoyulmuş Türk Dövlətləri Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının fəaliyyəti xüsusi qeyd edilməlidir”.

Baş prokurorun sözlərinə görə, qardaş türk dövlətlərinin hüquq-mühafizə orqanları, məhkəmə akademiyaları və təlim mərkəzləri ilə mövcud əməkdaşlıq əlaqələrinin institusionallaşması ilə bağlı əməli addımlar atılıb:

“Türk Ədliyyə Təlim Şəbəkəsi 2022-ci ildə İstanbul şəhərində təsis edilib və özündə üzv statusunda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan dövlətlərinin ədliyyə və prokurorluq təlim-tədris mərkəzlərini və akademiyalarını, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin müvafiq qurumlarını birləşdirir.

Azərbaycanı həmin Şəbəkədə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi təmsil edir. 2024-cü ildə Şəbəkəyə Azərbaycan sədrlik edir. Sədrlik çərçivəsində artıq cari ilin iyun ayında Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində Şəbəkənin konfransı keçirilib”.

Seçilən
6
12
modern.az

10Mənbələr