AZ

Məhkəmə sistemində mühüm yeniliklər - VİDEO

Dünən Prezident İlham Əliyev tərəfindən“Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara edilmiş 2024-cü il 7 noyabr tarixli dəyişikliklər təsdiq edilərək, onların tətbiqinə dair müvafiq Fərman imzalanıb.

Bakupost.az xəbər verir ki, dəyişikliklərə əsasən, bir sıra mühüm islahatlar həyata keçirilib.

Hakimlərin seçimi 3 mərhələyə endirildi

Vakant hakim vəzifələrinin qısa müddətdə komplektləşdirilməsi məqsədilə, hakimlərin seçim prosesinin daha da sürətləndirilməsi və hakim təyin edildikdən sonra ilkin təlimin həyata keçirilməsi ilə bağlı müddəaların qanunvericiliyə əlavə edilməsi nəzərdə tutulur. Belə ki, hakimlərin seçim prosesi test imtahanı, yazılı imtahan və müsahibə əsasında olmaqla - üç mərhələdən ibarət olacaqdır. Eyni zamanda namizədlər təyin olunduqdan dərhal sonra peşə hazırlığı məqsədilə Ədliyyə Nazirliyinin Akademiyasında Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilmiş qaydada təlimə cəlb ediləcəklər.

Hakimlərin Qiməyləndirilmə Komitəsi yaradılacaq

Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yaradılması ilə onların obyektiv qiymətləndirilmələrinin təmin edilməsi və peşə ehtiyaclarının müəyyən edilməsi nəzərdə tutulur. Bu məqsədlə Məhkəmə-Hüquq Şurası tərəfindən 9 üzvdən ibarət (Azərbaycan Respublikası Ali Məhkəməsinin üç hakimi, apellyasiya instansiyası məhkəmələrinin üç hakimi, birinci instansiya məhkəmələrinin üç hakimi) Hakimlərin Qiymətləndirilməsi Komitəsi formalaşdırılacaq. Hakimlərin fəaliyyəti yeni Qaydalar əsasında Hakimlərin Qiymətləndirilməsi Komitəsi tərəfindən toplanılan materiallar əsasında onların peşəkarlıq səviyyəsini müəyyən etməyə imkan verən kəmiyyət (məhkəmə fəaliyyəti üzrə iş yükü və onun öhdəsindən gəlmək bacarığı) və keyfiyyət (məhkəmə aktlarının və məhkəmə proseslərinin idarə edilməsi keyfiyyəti, kommunikasiya bacarıqları, hakim etikası və intizamlılıq) göstəriciləri üzrə qiymətləndiriləcək.

Məhkəmə sədrləri, sədr müavinləri və kollegiya sədrlərinin inzibati səlahiyyətlərin icrası üzrə fəaliyyəti Hakimlərin Qiymətləndirilməsi Komitəsi tərəfindən toplanılan materiallar əsasında onların idarəçilik bacarıqlarını müəyyən etməyə imkan verən meyarlar (müvafiq məhkəmədə əmək və icra intizamına riayət edilməsi və işin təşkili vəziyyəti (məhkəmə statistikasının və arxiv işinin aparılması, kargüzarlıq qaydalarına əməl olunması, məhkəmə aparatına rəhbərliyin təşkili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi vəziyyəti, vətəndaşların qəbulu, müraciətlərə baxılması sahəsində məhkəmədə işin təşkili) üzrə qiymətləndiriləcəkdir. Hakimlərin fəaliyyəti məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələri, Məhkəmə-Hüquq Şurası Aparatının, fəaliyyəti qiymətləndirilən hakimin, həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsi, apellyasiya instansiyası və birinci instansiya məhkəmələri sədrlərinin məlumatları və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiyaya yönəldilən işlərin sayı nəzərə alınmaqla qiymətləndirilir. Hakimlərin fəaliyyəti qiymətləndirilərkən Məhkəmə-Hüquq Şurası üzvlərinin malik olduqları məlumatlardan istifadə oluna bilər.

Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurası yaradılacaq

Məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə baxılması üçün Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurası yaradılacaq. Qeyd edilməlidir ki, bugunədək həmin səlahiyyət Ədliyyə Nazirliyinin Apellyasiya Şurası tərəfindən həyata keçirilirdi. Bu məqsədlə Məhkəmə-Hüquq Şurası Apellyasiya Şurası yaradılacaq, onun tərkibi və Əsasnaməsi təsdiq ediləcək.








phrase_var_article.chosen
13
1
bakupost.az

2phrase_var_article.sources