AZ

Azərbaycanda 15-16 nəfər alternativ hərbi xidmət keçmək İSTƏYİB

Sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində alternativ hərbi xidmətlə bağlı suallar mütəmadi səsləndirilir.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. 

O qeyd edib ki, Azərbaycan Konstitusiyasının 37-ci və 45-ci maddəsində alternativ hərbi xidmətlə bağlı müddəa var.

"Bu xidmət hərbi xidmətə qarşı dini, mənəvi və ideoloji səbəblərdən etiraz edən şəxslərə təklif olunur və onlar hərbi xidmət yerinə başqa bir ictimai xidmət göstərir. Alternativ xidmət pullu xidmət demək deyil, dünya praktikasında da belədir. Əgər adi çağırışçı bir il xidmət edirsə, alternativ xidmət 2 dəfə artıq olur. Bu da əsasən sülh dövründə olur və konkret olaraq harada xidmət etmələri ilə haqqında məlumatlar verilir".

Komitə sədri bildirib ki, bununla əlaqədar həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həm də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə müraciələr edilib:

Onun sözlərinə görə, ölkədə 15-16 nəfərə yaxın vətəndaş alternativ hərbi xidmət üçün müraciət edib:

"Onlar Yehovanın şahidləri dini qurumlarına mənsubdur. Onlar alternativ xidmət keçmək istəyirlər. Burada maraq ondan ibarətdir ki, kimə qarşı olmasından asılı olmayaraq silah işlətmək olmaz. Onların əqidəsi bundan ibarətdir. Alternativ xidmətə müraciət etmək istəyən şəxs dini və ideoloji səbəblərdən hərbi xidmətə qarşı olan mövqeyini təqdim etməlidir".

Seçilən
4
2
modern.az

3Mənbələr