Bir qrup vitaminlər var ki, onlar insan orqanizmi üçün çox əhəmiyyətlidir. Bu vitaminlərin əskikliyi nəticəsində orqanizm bir çox xəstəliklərə “dəvətnamə” göndərir.
E-saglam.az insan bədəni üçün vacib olan vitaminləri və onların əskikliyi zamanı yarana biləcək xəstəlikləri təqdim edir.
A vitamini
Əgər bədəninizdə A vitamini olmazsa, o zaman göz xəstəliklərin də daxil olmaqla, uşaqlarda boy ləngiməsi, toyuq korluğu (gecələr görmənin zəifləməsi), dəridə qaşıntı, qabıqlanma, konyunktivit, saçların tökülməsi, başda kəpək, iştahanın azalması kimi şikayətlərə səbəb olur. A vitamininə daxil olan qidalara qaraciyər, yumurta sarısı, kərə yağı, xama, kəsmik, pendir; bitki mənşəli qidalar: kök, boranı, şirin bibər, ispanaq, brokoli, yaşıl soğan, cəfəri, pomidor, ərik, şaftalı, paxlalılar daxildir.
C vitamini
İnsan orqanizmi üçün ən vacib vitamin qrupuna daxil olan C vitamini olması damarları elastik və möhkəm edir və bununla da ürək-damar sistemi xəstəliklərinin, o cümlədən infarkt və insult riskini azaldır. C vitaminin əskikliyi isə davamlı diş ətinin qanaması ilə müşayiət olunur. İtburnu, qırmızı və yaşıl bolqar bibəri, qara qarağat, çaytikanı, cəfəri, kivi C vitaminli tərəvəzlər qrupuna aiddir. Bir çoxları düşünür ki, sitrus meyvələri C vitamini ilə ən zəngindir. Lakin bu belə deyil.
E vitamini
E vitaminin bədəndə az olması əzələlərdə yorğunluğa səbəb olur. E vitamini ürək xəstəliklərindən qorunmaq və xüsusilə damar sərtləşməsini önləmək baxımından əhəmiyyətlidir. Badam, ispanaq, toz acı bibər, brokoli orqanizmin E vitamininə olan tələbatını ödəyən qidalardandı.
D vitamini
Yüksək dərəcədə və qısamüddətli olaraq qəbul edildikdə sümüklərdə kalsiumun artmasına səbəb olur. D vitamininin diş və sümüklərin inkişafında çox vacibdir. Kərə yağı, süd, pendir, balıq və qaraciyər başlıca olaraq D vitamini qaynağıdır.
K vitamini
Səbəbsiz yerə burnunuz qanayırsa, dərialtına və əzələ daxilinə qan sızmalar, qanın laxtalanması müşayiət olunursa, o zaman siz də K vitamini çatışmır. Kələm və gicitkən yarpaqları, çuğundur kökü və yarpaqları, kahı, yaşıl soğan K vitamini ilə zəngindir. (lent.az)
E-saglam.az