AZ

Aeroport işçilərinə zarafat etdi, 5 il iş alacaq

Rusiyada maraqlı hadisə baş verib. Sankt-Peterburqda nəqliyyat polisi əməkdaşları əl yükündə bomba olduğunu deyərək zarafat edən sərnişini saxlayıblar. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimal-Qərb Federal Dairəsi üzrə Nəqliyyat Administrasiyası məlumat yayıb.

"Hadisə Pulkovo hava limanında baş verib. Aeroport işçiləri zarafatı dəyərləndirməyib və təcili fövqəladə yardım xidmətini çağırıblar.

Lakin Samara vilayəti sakini olan həmin şəxsin əşyaları arasında partlayıcı qurğu tapılmayıb. 37 yaşlı kişiyə qarşı bilərəkdən terror aktı barədə yalan məlumat verdiyinə görə cinayət işi açılıb. Onu 5 ilə qədər həbs gözləyir", - Gazeta insidentlə bağlı yazıb.

Tural

phrase_var_article.chosen
30
news365.az

1phrase_var_article.sources