AZ

Baş nazir: Zurabişvili özünü Abxaziya və Cənubi Osetiya “prezidenti” səviyyəsində tutur, bunu ciddi qəbul edə bilmərik

Baş

Bir ölkədə üç de-fakto Prezident ola bilməz.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Salome Zurabişvilinin səlahiyyət müddəti başa çatdıqdan sonra da prezident qalacağını deməsinə münasibət bildirərkən deyib.

“Bir ölkədə üç de-fakto prezident ola bilməz. O, (Salome Zurabişvili) özünü Abxaziya və Cənubi Osetiyia “prezidenti” səviyyəsində tutur. Biz bunu sadəcə olaraq ciddi qəbul edə bilmərik. Dekabrın 29-da o ofisini tərk etməli olacaq və seçilmiş Prezident Mixeil Kavelaşvili ilə əvəzlənəcək”, - Kobaxidze deyib.

Seçilən
7
2
xalqcebhesi.az

4Mənbələr