AZ

Üzgüçülük idman növü üzrə “Parlaq Ulduz” Uşaq Liqasının 3-cü final mərhələsi baş tutacaq

Bakı. Trend:

Dekabrın 28-də Bakıda üzgüçülük idman növü üzrə “Parlaq Ulduz”Uşaq Liqasının 3-cü final mərhələsi start götürəcək.

Trend xəbər verir ki,Azərbaycan Üzgüçülük Federasiyasının, Bakı şəhəri Gənclər və İdmanİdarəsinin təşkilatçılığı ilə keçiriləcək yarışda ölkənin 30-ayaxın idman klubunun və seksiyalarının 200-ə yaxın idmançısımübarizə aparacaqlar.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə turnirdə1-ci yaş qrupunda 2012-2013-cü təvəllüdlü oğlanlar, 2-ci yaşqrupunda 2015-ci il təvəllüdlü oğlanlar, 1-ci yaş qrupunda2013-2014-cü il təvəllüdlü qızlar, 2-ci yaş qrupunda 2015-ci iltəvəllüdlü qızlar öz güclərini sınayacaqlar.

Yarışlara digər yaş qrupundan da idmançılar qatıla bilərlər.Bakı Su İdman Sarayında bir gün davam edəcək “Parlaq Ulduz” Uşaqliqasının final mərhəsinin qalibləri diplom və medallarla təltifolunacaq. Həmçinin ən yüksək xallar toplayan üzgüçülər Bakı şəhəryığma komandasının tərkibinə daxil ediləcəklər.

Seçilən
45
az.trend.az

1Mənbələr