AZ

Cənubi Koreya ordusunun baş qərargah rəisi həbs edilib

Koreya Respublikasının prokurorluğu dekabrın 3-də hərbi vəziyyətin tətbiqinə rəhbər təyin olunan baş qərargah rəisi Pak An Sunu həbs edib.

AZƏRTAC xəbər verir ki, “News1” agentliyinin məlumatına görə, hüquq-mühafizə orqanları Pak An Sunu hərbi vəziyyətin əsas icraçısı hesab edir. Koreya Respublikasının Cinayət Məcəlləsinə əsasən, sui-qəsdçilərin lideri və qiyamın əsas icraçıları ömürlük həbs və ya ölüm cəzasına məhkum edilə bilər.

Baş qərargah rəisi isə öz növbəsində prezidentin müraciətinədək hərbi vəziyyətin tətbiqi planlarından xəbərsiz olduğunu bildirib.

İndiyədək Cənubi Koreyanın sabiq müdafiə naziri Kim Yon Hyon və polis baş komissarı Ço Çji Ho da daxil olmaqla, ordunun və təhlükəsizlik qüvvələrinin bir sıra yüksək rütbəli zabitləri hərbi vəziyyətlə bağlı cinayət işi çərçivəsində saxlanılıb. Ço Çji Ho dindirmə zamanı prezidentin hərbi vəziyyət dövründə ona altı dəfə zəng etdiyini və deputatların həbs olunmasını istədiyini bildirib.

phrase_var_article.chosen
11
7
xalqqazeti.az

8phrase_var_article.sources