AZ

ABŞ səmasına görünən “sirli obyekt"lə bağlı açıqlama: "Bunlar minlərlə PUA-dır..."

ABŞ-ın bəzi ştatlarında səmada görünən müəmmalı sirli cismlər böyük narahatlıq yaradıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, məsələ ilə bağlı Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi açıqlama verib.

O bildirib ki, faktı FTB xüsusi olaraq nəzarətdə saxlayır: "Geniş və dəqiq araşdırma aparılıb. Əmin ola bilərsiniz ki, qorxulacaq heç bir şey yoxdur. Səmada görünən çoxsaylı cismlər qanuni yollarla alınan ticarət, əyləncə, hobbi və sair bu kimi məqsədli PUA-lardır. İndiyə qədər "sirli obyekt"lə bağlı təxminən 5000 anons alınıb, 100-lərlə fakt araşdırılıb. Bir sözlə, Nyu Cersi və ya Şimal-şərqdəki digər əyalətlərdə mülki hava məkanında hər hansı anormallıq və ya milli təhlükəsizliyə təhid yaradacaq hər hansı risk yoxdur, belə hal aşkarlanmayıb".

Zülfiyyə Mustafayeva
MİA.AZ

phrase_var_article.chosen
23
mia.az

1phrase_var_article.sources