“Sabah”ın baş məşqçisi Vasili Berezutski “Şanxay Şenxua” klubunda işləyərkən çinlilərlə bağlı onu təəccübləndirən məqamları açıqlayıb.
Msport.az xəbər verir ki, rusiyalı mütəxəssis çinli valideynlərin azyaşlı uşaqları döyməsinin şahidi olduğunu bildirib:
“Orada uşaqları döymək olar, bu mənim üçün normal deyil. Hərdən görürəm ki, valideynlər təyyarədə balaca uşaqları döyürlər. Nə edəcəyimi belə bilmirdim, ilk dəfə çaşıb qalmışdım. Açığı, bunu dəfələrlə gördüyümü deyə bilmərəm. Hardasa üç-dörd dəfə olub”.
Qeyd edək ki, “Sabah” Berezutski ilə 2,5 illik müqavilə imzalayıb.