İtaliyanın "Milan" klubu qapıçısı Mayk Menyan ilə müqavilənin müddətini uzadacaq.
Bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Tərəflər artıq razılıq əldə ediblər. Yeni sözləşmə 2029-cu ilin yayınadək nəzərdə tutulacaq.
Milan təmsilçisi Ticani Reynders və Kristian Pulişiçlə də müqavilənin müddətini artırmaq istəyir.
Qeyd edək ki, Mayk Menyan 2021-ci ildən "Milan"ın formasını geyinir.
"Cebheinfo.az"