AZ

Son dörd ildə icbari tibbi sığortaya yatırılan investisiyalar nəticəsində 135,5 milyon manat gəlir əldə edilib

2020-ci ildən etibarən, icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək məqsədilə həyata keçirilən investisiyalar nəticəsində 135,5 milyon manat gəlir əldə olunub.

“İki sahil” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu il üçün həmin rəqəm 74,2 milyon manat təşkil edir:

“İnvestisiyalardan əldə olunan hər bir vəsaitdən sığortaolunanlara daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsi məqsədilə istifadə olunur”.

Sədr əlavə edib ki, ümumilikdə səhiyyəyə ayrılan vəsaitin həcmi 2,8 milyard manatı ötür:

"Bu vəsaitlərin əsas hissəsini dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait, işəgötürən və işçi tərəfindən ödənilən sığortahaqları təşkil edir.

Agentlik 2020-2023-cü illər və 2024-cü ilin ilk on ayı ərzində dövlət tibb müəssisələrini 400 milyon manatdan çox məbləğdə dərman/tibbi sərflə təmin edib".

Seçilən
39
4
ikisahil.az

5Mənbələr