AZ

"Milan" qapıçısı ilə müqavilənin müddətini uzadır

İtaliyanın "Milan" klubu qapıçısı Mayk Menyan ilə müqavilənin müddətini uzadacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

Tərəflər artıq razılıq əldə ediblər. Yeni sözləşmə 2029-cu ilin yayınadək nəzərdə tutulacaq.

 

Milan təmsilçisi Ticani Reynders və Kristian Pulişiçlə də müqavilənin müddətini artırmaq istəyir.

 

Qeyd edək ki, Mayk Menyan 2021-ci ildən "Milan"ın formasını geyinir.

Seçilən
13
2
sfera.az

3Mənbələr