AZ

Bakıda "yolka" bahalaşıb - Ən ucuzu 50 MANAT

Yeni il öncəsi Bakıda şam ağaclarının qiymətində artım müşahidə edilir.

Modern.az-ın məlumatına görə, bahalaşma 20-30 manat ətrafındadır.

Satıcılar şam ağaclarının və bəzək aksesuarlarının qiymətinin artmasına gömrük xərclərinin bahalaşmasının da səbəb olduğunu bildirib.

"Gömrük xərcləri artıb. Bu da qiymətlərə təsir edir. Ötən il 50 manata satdığımız şam ağacları hazırda bazarda 70-80 manatdır. Bəzək aksesuarlarında da 3-10 manat bahalaşma var. Ötən bayram ərəfəsi 15 manata satılan bəzək aksesuarları hazırda 20 manatdır. Amma ucuz bəzək aksesuarları da var. Hər keyfiyyətdə və hər çeşiddə mal gətirmişik ki, əhalinin evində yeni il ağacı bəzəməyə maddi imkanı çatsın", - deyə satıcı "Sputnik"ə bildirib.

Satıcıların sözlərinə görə, qiyməti ən münasib və çox alınab şam ağacı sadə formalısıdır, qiyməti 90 manatdır. Uzunluğu 1.20-1.50 metr olan şam ağacları 40-45 manat, uzunluğu 1.80 metr olanlar 170 manatdır. Üzəri ağ olan şam ağacları isə bir qədər bahadır. Qiyməti 200-250 manatdır.

Yeni ildə şam ağacını bəzəmək üçün aksesuarlar da fərqli qiymətədir. 10 metr uzunluğu olan işıq 5 manat- 200 metr uzunluğu olan işıq isə 140-150 manatdır. Yeni il üçün bəzək aksesuarlarının qiyməti 3 manatdan 100 manata qədər dəyişir. Materialı şüşədən olan bəzək aksesuarlarının bir qutusu 70 manatdan başlayır. Şaxta babanın qiyməti isə 10 manatdan 200-250 manatadək dəyişir.

Ticarət mərkəzində bildiriblər ki, parklarda quraşdırılan şam ağaclarını isə sifarişlə gətirirlər. Belə ki, park üçün ən bahalı şam ağacı 30 min manata başa gəlir. Bu şam ağacının uzunluğu isə 18 metrdir. Amma bu hələ tam qiymət deyil. Şam ağacının quraşdırılması altlığı ilə birlikdə 50 min manata başa gəlir ki, satıcılar belə şan ağaclarının əsasən rayon və şəhər icra hakimiyyətləri tərəfindən, dövlət qurumları tərəfindən sifarişlə gətirildiyini qeyd ediblər.

Seçilən
24
modern.az

1Mənbələr