AZ

Həbsxanadan yenicə xilas edilmişdi: Əsədin agenti çıxdı

Suriyanın Sednaya həbsxanasından xilas edilən şəxsin fəaliyyət göstərdiyi üzə çıxıb.

Turkustan.az xəbər verir ki,3 aydır qaranlıq otaqda saxlandığını deyən şəxsin Əsəd rejiminin məşhur işgəncəçisi olduğu müəyyənləşib. Sərbəst buraxılması anı dünyanın gündəmində olan şəxsin daha yüksək rütbəli zabitlə pul mübahisəsinə görə kameraya atıldığı iddia edilib.
Əsədin devrilməsindən sonra Suriyadakı Sednaya həbsxanasından yayımlanan CNN International komandası 3 aydır orada saxlanılan məhbusu lentə alıb.

Sərbəst buraxıldığı anları CNN İnternational tərəfindən paylaşılan şəxs Əsədin zülmünün qurbanı olduğunu bildirib. CNN jurnalisti Clarrissa Ward bunu "20 illik karyeramda şahidi olduğum ən qeyri-adi anlardan biri" kimi təsvir etmişdi.

Lakin Suriya mənbələri bu şəxsin əslində Suriyanın devrilmiş lideri Əsədin keçmiş kəşfiyyatçısı olduğunu iddia edib. İddialara görə, Dəməşq həbsxanasından azad edilən şəxs əslində Əsəd qüvvələrinin bədnam işgəncəçisi olub.
Müstəqil fakt-yoxlama agentliyi "Verify-Sy" tərəfindən dərc edilən hesabatda, günahsız görünən məhbusun əslində Suriya Hərbi Hava Qüvvələrinin kəşfiyyatında xidmət edən və uzun müddət müharibə cinayətləri törətmiş birinci leytenant Salama Mohammed Salama olduğu bildirilir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
1
turkustan.az

1Mənbələr