İranda bir qrup xəstə təfəkkürlü adam yenidən Azərbaycana qarşı kampaniya aparmaqla yanaşı, həm də bir sıra qeyri-real məsələlərdə adını hallandırmağa başlayıb. Tribunainfo.az xəbər verir ki, bir neçə gündür İran mediasında yer alan bu iddiaların vahid mərkəzdən idarə olunduğu da istisna deyil.
Qeyd edək ki, İran parlamentinin deputatı Kamran Qəzənfəri “Aftabnews” saytına açıqlamasında deyib ki, keçmiş president Rəisinin ölümü şübhəlidir. O, əvvəlki açıqlamalarında konkret ad çəkməsə də, bu dəfə məsələni “konkretləşdirib”. “İranın mərhum prezidenti İbrahim Rəisi Amerika, İsrail və Azərbaycanın əməkdaşlığı nəticəsində şəhid olub. Amma bu barədə danışmaq məqsədəuyğun hesab edilmir”.
Bildirək ki, bu xəstə təxəyyülə malik şəxslərin hansı bulaqdan su içdiyi açıqdır. Azərbaycana qarşı xüsusi kini və düşmənçiliyi olan həmin qüvvələr zaman-zaman aranı vurmağa, qarşdıruma yaratmağa çalışırlar. Bu adamlar Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən mərkəzlərlə eyni ağlın, eyni qüvvənin istifadə etdikləridir.
Bu mərkəz və ya adamlar özləri terrorçu, sui-qəsdçi olduqları halda, başqalarını da o gözdə görməyə və ya o şəkildə təqdim etməyə çalışırlar. Amma cəhdləri əbəsdir. Onların bu arzuları heç vaxt reallaşmayacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta