AZ

“Palmeyras” titulunu itirməyə çox yaxındı - İCMAL

Braziliya çempionatında keçirilən 36-cı və 37-ci turlardan sonra çempionluq uğrunda mübarizənin yekununa böyük ölçüdə aydınlıq gəldi. İki tur əvvəl şərikli lider olan “Palmeyras” ilə “Botafoqo” arasındakı rəqabətdə sonuncular əhəmiyyətli üstünlük qazandılar.

Əslində “Botafoqo” finiş ərəfəsində yersiz xal itkilərindən qaça bilməmişdi. Artur Jorjenin komandası ardıcıl üç matçı heç-heçə ilə başa vurmaqla “Palmeyras”a özünə yaxınlaşmaq imkanı yaratmışdı. Əlbəttə, son iki mövsümün çempionu olan “Palmeyras” əsas rəqibi ilə evdə oynadığı üçün titulu qorumaq üçün əla şansa malik idi. Lakin Abel Ferreyranın çalışdırdığı komanda gözəl imkanı dəyərləndirə bilmədi. “Botafoqo” isə ən vacib matça əla köklənməyi bacardı. Rio de janeyrolular 19-cu dəqiqədə Qreqore ilə hesabı açmaqla ev sahiblərinin planını erkən pozdular. San paululular bundan sonra əsəbi komandaya daha çox bənzədilər.

Matça belə münasibətin fonunda müdafiəçi Markos Roşa 70-ci dəqiqədə kobud hərəkətinə görə birbaşa qırmızı vərəqə ilə cəzalandı. Çox keçmədən növbəti qolu vuran qonaq komanda sonda 3:1 hesablı qələbə ilə vahid liderliyi ələ aldı. “Botafoqo” 37-ci turda bürünc mükafata iddia edən “İnternasyonal”ı da məğlub etməklə titula bir qədər də yaxınlaşdı. İki çətin səfər oyununda inanılmaz qələbə əzmi nümayiş etdirən “ağ-qaralar”a çempionluq üçün son turda bir xal qazanmaq da kifayət edəcək. Vacib matçda uduzandan sonra “Kruzeyro”dan səfərdə maksimum xal (2:1) alan “Palmeyras”ın titulu qorumaq ehtimalı isə daha çoxdu.

35-ci turdan sonra 3-cü yerdə olan “İnternasyonal” səfərdə “Flamenqo”ya da uduzaraq (2:3) mövsümü mükafatla başa vurmaq şansını itirdi. Bu şansı məhz “Flamenqo” qazandı. Filipe Luisin baş məşqçi vəzifəsinə təyinatından sonra xal ehtiyatını kifayət qədər artıran rio de janeyrolular “Fortaleza”nın da iki məğlubiyyəti fonunda sona bir tur qalmış bürünc medallara sahib çıxdılar.

Son turlarda qeydə alınan nəticələrdən sonra A seriyasının daha iki uğursuzu müəyyənləşdi. “Kuyaba” və “Krisiuma” da “Atletiko Qoyaniense” kimi növbəti mövsümə B seriyasında başlayacaqlar.

36-cı tur
Palmeyras - Botafoqo RJ 1:3
Rios, 90+3 – Qreqore, 19. Savarino, 73. Adrielson, 89.
Flamenqo - İnternasyonal 3:2
Leo Ortis, 29. Mikael, 37; 41 - Uesli, 55. Valensiya, 62.
Vitoriya - Fortaleza 2:0
Alerrandro, 9; 39.
Qremio - San Paulu 2:1
Kristaldo, 36. Ruan Tressoldi, 45+1 – Luiz Qustavo, 64.
Atletiko Mineyro - Juventude 2:3
Alisson, 73. Varqas, 81-p. - Lukas Barboza, 22. Jilberto, 67. Erik Farias, 90+3.
Kuyaba - Bayya 1:2
Eliel, 16 – Ademir, 37. L.Rodriges, 84.
Krisiuma – Korintians 2:4
Bolasi, 30; 38 - Qarro, 62. Mateus Bidu, 65. Yuri Alberto, 83; 90+4.
Vasku da Qama - Atletiko Qoyaniense 2:0
Dominges, 75. Aleks Teyşeyra, 90+3 – Luiz Fernando, 21; 56.
Braqantino - Kruzeyro 1:1
Eduardo Saşa, 6 – Ramiro, 85.
Atletiko Paranaense - Fluminense 1:1
Likas Belezi, 2 - Aryas, 65.

37-ci tur
İnternasyonal - Botafoqo RJ 0:1
Savarino, 5.
Kruzeyro - Palmeyras 1:2
Mateus Pereyra, 52 – Maurisio, 61. Estevao, 90.
Atletiko Qoyaniense – Fortaleza 3:1
Derek, 21. Janderson, 79. Krus, 85 – Kardona, 12.
Krisiuma - Flamenqo 0:3
Varela, 45. Bruno Enrike, 71-p. Luiz Arauxo, 84.
San Paulu – Juventude 1:2
Lusiano, 77 – Qabriel Talyari, 52. Erik Farias, 62.
Korintians – Bayya 3:0
Depay, 12; 61. Yuri Alberto, 45+4.
Vasku da Qama - Atletiko Mineyro 2:0
Veqetti, 52. Koutinyo, 64.
Vitoriya - Qremio 1:1
Alerrandro, 67 – Joao Pedro, 37.
Fluminense – Kuyaba 1:0
Sema, 59.
Atletiko Paranaense - Braqantino 1:2
Erik, 74 – Eduardo Saşa, 14; 82.

1. Botafoqo RJ 37 22 10 5 57-28 76
2. Palmeyras 37 22 7 8 60-32 73
3. Flamenqo 37 20 9 8 59-40 69
4. İnternasyonal 37 18 11 8 53-33 65
5. Fortaleza 37 18 11 8 50-39 65
6. San Paulu 37 17 8 12 52-41 59
7. Korintians 37 14 11 12 51-45 53
8. Bayya 37 14 8 15 47-49 50
9. Kruzeyro 37 13 10 14 42-41 49
10. Vasku da Qama 37 13 8 16 41-55 47
11. Vitoriya 37 13 7 17 43-50 46
12. Qremio 37 12 9 16 44-47 45
13. Juventude 37 11 12 14 48-58 45
14. Atletiko Mineyro 37 10 14 13 46-54 44
15. Fluminense 37 11 10 16 32-39 43
16. Atletiko Paranaense 37 11 9 17 40-45 42
17. Braqantino 37 9 14 14 39-47 41
18. Krisiuma 37 9 11 17 41-56 38
19. Atletiko Qoyaniense 37 7 9 21 29-56 30
20. Kuyaba 37 6 12 19 28-47 30

Bombardirlər: Alerrandro (Vitoriya), Yuri Alberto (Korintians) - 14, Estevao (Palmeyras) - 13, Pedro (Flamenqo), Rafael Veyqa (Palmeyras), Lusiano (San Paulu), Uesli (İnternasyonal) - 11.

phrase_var_article.chosen
14
football-plus.az

1phrase_var_article.sources